Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:21

-

Sentyabrın 12-də Nəsimi rayon Məhkəməsi həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxıb.

Bu haqda AzadlıqRadiosuna məlumat verən vəkil Anar Qasımlının bildirdiyinə görə, vəsatət təmin olunmayıb:

«Biz, həmçinin, axtarış zamanı baş verən qanun pozuntuları ilə bağlı da vəsatət vermişdik. Heç birini təmin etmədilər. Məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyik».

Hüquq müdafiəçisi İntiqam Əliyev avqustun 8-də həbs edilib. O, qanunsuz sahibkarlıq, vergidənyayınma və vəzifə səlahiyyətlərini aşmada ittiham olunur.

Nəsimi rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qərarı verib.

«Amnesty International» təşkilatı hesab edir ki, bu həbs İntiqam Əliyevin insan haqlarının müdafiəsi sahəsindəki fəaliyyəti ilə əlaqədardır. Təşkilat onu vicdan məhbusu hesab edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG