Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:05

İranda Azərbaycan fəalı və qızı həbs olunub


-

İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, jurnalist Həsən Ərk və qızı Solmaz Ərk tutulub. «Media forum» saytının məlumatına görə, İran Kəşfiyyat Nazirliyi (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları sentyabrın 11-i sübh saatlarında Həsən Ərki və Azərbaycan milli rəqsləri müəllimi olan Solmaz Ərki evdən aparıblar. Evdə yoxlama aparılıb, məxsus kompüter, DVD-lər, kitablar və əlyazmalar götürülüb.

Solmaz Ərk bir neçə saat saxlanıb dindirildikdən sonra mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılıb. Konkret nədə günahlandırıldığı bilinməyən Həsən Ərk ETTELAAT-ın Təbriz şöbəsinin təcridxanasında saxlanır.

Həsən Ərk milli zəmindəki dinc fəaliyyət və yazılarına görə bundan əvvəl bir neçə dəfə tutulub. 2011-ci ildə 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG