Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:51

Cəlilabad bələdiyyəsinin sədri Kamal Məmmədov barəsində cinayət işi açılıb. Bu barədə Respublika prokurorluğu məlumat yayıb.

Məlumatda deyilir ki, bələdiyyə sədri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rayon sakinlərindən biri müraciət edib.

Prokurorluq bildirir ki, araşdırma aparılıb və Kamal Məmmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı istintaqda şübhələr yaranıb.

Bələdiyyə sədri adı açıqlanmayan Cəlilabad sakininə 4 sot torpaq satması üçün “20 000 manat pul tələb etmədə” və “faktiki olaraq 5.000 manat məbləğində pulu rüşvət kimi almada” ittiham olunur.

K.Məmmədov barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG