Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:00

Salman Rushdie: "Qərb diplomatiyasının 20-ci əsrdə ən böyük səhvi o olub ki..."


Salman Rushdie. 2006

Salman Rushdie. 2006

-

Britaniya yazıçısı Salman Rushdie qalmaqallı romanını yazdığı üçün peşman olmadığını deyib.

Baxmayaraq ki, 1988-ci ildə İranın ali dini lideri "Şeytan ayələri" kitabına görə onun haqda ölüm fitvası çıxarandan sonra uzun illər gizlənməyə məcbur olub.

"Romandan imtina etmək qorxaqlıq olardı. Utanc gətirən bir hərəkət olardı" - deyib yazıçı Melbourne Yazarlar Festivalında.

Ölüm fitvasında onun öz romanında peyğəmbərin zövcələrini təhqir etdiyi deyilirdi.

Yazıçı isə düşünür ki, "Şeytan ayələri" - uğrunda ölməyə dəyən əsərdir: "Uğrunda ölməyə dəyən iki əsas dəyər var. Bunlardan biri ifadə azadlığıdır. Onsuz bütün başqa azadlıqlar da yox olar. Digəri isə terrorçuluğa qarşı mübarizədir. Əgər bu məsələdə geri çəkilsən, daha çox terrorun şahidi olacaqsan".

Yazıçı deyib ki. islamçı terroristlərin dünyadakı əsas maliyyə mənbəyi neftlə zəngin Səudiyyə Ərəbistanıdır:

"Qərb diplomatiyasının 20-ci əsrdəki ən böyük səhvi Səudiyyə kral ailəsini neft sənayesinin başına gətirmək olub. Səudiyyə Ərəbistanının bizim müttəfiqimiz olması fikri, sadəcə gülməlidir".

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG