Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:52

İlham Əliyev və Malayziyanın baş naziri görüşüb


Azərbaycan prezidenti İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev

Sentyabrın 12-də Azərbaycan prezidenti İlham Əliyevin və Malayziyanın baş naziri Mohammad Najib Tun Abdul Razakın təkbətək görüşü olub.

«AzərTAc»ın məlumatına görə görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib, eləcə də beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Malayziya sənədlərinin imzalanması mərasimi olub.

İki ölkə arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında birgə bəyannamə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Malayziyanın «Petroliam Nasional Berhad» şirkəti arasında neft və qaz sektorunda əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb.

Bundan başqa, Azərbaycan və Malayziya hökumətləri arasında diplomatların təlimi sahəsində əməkdaşlıq üzrə razılıq əldə edilib. Anlaşma Memorandumunu Azərbaycanın xarici işlər nazirinin müavini və «ADA» Universitetinin rektoru Hafiz Paşayevlə Malayziyanın Xarici İşlər Nazirliyinin Diplomatiya və Xarici Əlaqələr İnstitutunun baş direktoru Dato Hussin Nayanın imzaladığı bildirilir.

Sənədlərin imzalanması mərasimindən sonra Prezident İlham Əliyev və Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG