Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:48

Ermənistanı dünyada tanıyan çoxdurmu?- Mətbuat icmalı


Göycə (Sevan) gölü

Göycə (Sevan) gölü

-

Ermənistanı dünyada sıravi insanlar arasında tanıyan çoxdurmu? BBC müxbiri Londonda turistlər arasında sorğu keçirib.

Beyonce öz videosunu həm Facebooka, həm də Youtuba qoyub. Ən çox harda baxılıb? Və neçə dəfə çox yayılıb?

QHT-ləri sıxışdıran 20 ölkə arasında Azərbaycanın da adı var.

Ukraynada vuruşan gürcü könüllülər...

Dünya mediası nədən yazır?

ERMƏNİSTANI TANIYAN VARMI?

BBC News “Bir erməni, bir məqalə” kampaniyası haqda yazır ki, Ermənistan prezidenti bu yolla Ermənistana turist və investisiya cəlb etmək istəyir.

Ermənistanda başlanan bu kampaniyanın məqsədi xaricdə və daxildə yaşayan hər erməninin bir məqalə yazmasıdır ki, xaricilərdə Ermənistan haqda müsbət anlayış olsun.

BBC-nin müxbiri öyrənməyə çalışıb ki, Ermənistan haqda adamlar nə bilir? Yayda Londona gələn turistlər çoxdur. Müxbir elə onlardan soruşub.

Səudiyyə Ərəbistanından olan ər-arvaddan Ermənistan barədə soruşulanda onlar deyiblər ki. Ermənistan adında ölkə eşidiblər. Ancaq bircə onu bilirlər ki, bu, hardasa Asiyadadır.

Danimarkalı qadın deyib ki, Danimarkada heç vaxt Ermənistan barədə eşitməyib.

Ən maraqlı cavabı bir amerikalı verib. O deyib ki, Ermənistan barədə bircə onu deyə bilər ki, orda

“ bütün adamların adı ...yan ilə bitir”.

Onun xanımı jurnalistə deyib ki, ərinin bilikləri Kim Kardashian haqda bilgilərinə əsaslanır.

Müxbir Londona gələn onlarla turistlə danışıb. Onlardan yalnız biri Ermənistan haqda ətraflı danışa bilib. Bu da Parisdən olan qadın olub. O, Yerevanda olduğunu da deyib. O deyib ki, “bu, balaca ölkədir, əhalisi də çox əziyyət çəkib.”

BBC məlumat üçün yazır ki, "Ermənistanla bağlılığı olan" məşhurlar var- bunlar amerikalı müğənni Cher, tenisçi Andre Agassi, milyarder Kirk Kerkorian və Apple-I yaradan Steve Jobesdur. (Steve Jobesla bağlı onu qeyd edək ki, bioloji mənşəcə onun ermənilərlə bağlılığı yoxdur. Onun atası Suriyanın Homs şəhərindən olan Abdulfattah adında ərəb olub. Steve-i övladlığa götürən Jobes ailəsində isə analığı - Clara Jobes (Haqopian) amerikalı erməni olub. – Azadlıq Radiosu)

FACEBOOK YOXSA YOUTUBE?

New York Times qəzeti yazır ki, keçən cümə günü məşhur amerikalı müğənni Boyonce keçən ay MTV Video Musiqiq Mükafatı mərasiminə necə hazırlşadığını göstərən 4 dəqiqəlik videonu həm YouTube-a qoydu, həm də Facebooka.

Birinci 4 saatda Facebookda bu videoya 2 milyon 400 min adam baxdı. Youtube-da isə cəmi bir neçə min.

Qəzet yazır ki, fərq nədən yaranır? Facebookda müğənninin 64 milyon izləyicisi var. Onlar xəbərləri izləyir və videonu paylaşırlar. Youtube-da isə bu videonu görənlərin xoşu gələndə də onların bunu yaymaq yolları belə asan deyil.

Qəzet yazır ki, hər gün Facebookdan 1 milyard 300 milyon adam istifadə edir. Hər gün 1 milyard videoya baxılır. Bunlardan 67 faizi mobil telefonlarla izlənir. Hər ay Facebooka 100 milyon video qoyulur.

BBC News isə hesab edir ki, təcili xəbər üçün ən yaxşısı Twitterdir.

Xəbər təcili olmayanda Facebook ən yaxşı platformadır.

QHT-LƏRİ SIXIŞDIRAN 20 ÖLKƏ

Economist jurnalı yazır ki, Beynəlxalq Qırmızı Xaç, Sərhədsiz Həkimlər, Human Rights Watch, Transparency İnternational – bunlar hamısı QHT-dir. Qeyri-hökumət təşkilatıdır. Dünyada minlərlə QHT var və onların işi bütün dünyada alqışlanır.

Ancaq bəzi hökumətlər başqa fikirdədir. Son bir neçə ildə dünyada 20 ölkə QHT-lərlə bağlı qanunları sərtləşdirib.

Rusiyada xaricdən maliyyə alan QHT-ləri məcbur edirlər ki, “xarici agent” kimi qeydiyyatdan keçsinlər. Bu ifadə soyuq müharibə dövründən qalıb və Rusiyada “casus”, “satqın” mənasını verir.

Macarıstanda prezident Viktor Urban xaricdən pul alan QHT-lərdə maliyyə yoxlamaları aparır, Misirdə QHT-ləri məcbur edirlər ki, xaricdən pul almamışdan əvvəl Misir hökumətindən icazə alsınlar.

Economist QHT-lərin işini çətinləşdirən ölkələr arasında Azərbaycanın da adını çəkir. Azərbaycan haqda deyilir ki, Azərbaycanda, Meksikada, Pakistanda, Rusiyada son 2 ildə illər qəbul ediıən qanunlar xaricdən maliyyə alan QHT-lərə mənfi təsir edib.

Economist məqaləsinin sonunda ABŞ prezidenti Obamanın keçən il BMT Baş Məclisində dediyi sözləri sitat gətirir. Obama QHT-lərin işini yüksək qiymətləndirərək demişdi: “QHT-lər hökumətlərin işini daha səmərələi edir, bu hökumətlərdən də mənim kimi hesab istənilir”.

GÜRCÜSTANDAN UKRAYNADA KİM VAR?

Jamestown Fondunun saytı olan Jamestown.org öz araşdırmasında yazır ki, “2014-cü ilin iyulunda keçmiş Gürcüstan prezidenti Saakashvili indiki Gürcüstan rəhbərliyini ittiham etdi ki, Gürcüstan silahlı qüvvələrinin zabitlərinin Ukraynaya gəlib Ukrayna ordusuna məsləhət verməsinin qabağını alır.

Jamestown Fondu Gürcüstanın müdafiə nazirinin keçmiş müavini Nodar Kharshiladzedən bu barədə soruşanda o deyib ki, Saakashvilinin kimləri nəzərdə tutduğunu demək çətindir. Ancaq o Gürcüstandan çoxlu sayda zabitin Ukraynaya gəlmək istədiyinə inanmır.

Jamestown Fondu bu məsələni ayrıca öyrənib və yazır ki, Gürcüstandan cəmi bir nəfərin Ukranynada vuruşduğunu dəqiq demək olar. Bu, Mamuka mamulashvilidir. O, 1992-1993-cü illər Abxaziya mühaibəsində vuruşub. İndi isə Ukraynaya gəlib ki, öz dediyinə görə, ukraynalı qardaşlarına öz ölkələrinin müstəqilliyini qorumaqda kömək etsin.

Ukraynada olan digər gürcü könüllülər haqda da məlumatlar var. 20 il əvvəl məşhur olan Mxedrioni qrupunun liderlərindən olan Dodo Gugeshashvili də deyilənə görə, şərqi Ukrayndadaır.

Başqa bir gürcü könüllüsünün ləqəbi məlumdur - Doberman. O internetdəki videosunda deyir ki, Ukraynada ən çox çeçenlərlə vuruşur. Onun sözlərinə görə, bu çeçenləri Putinin əmri ilə Ramzan Kadırov göndərib ki, Ukraynanın müstəqilliyini əzsinlər.

Doberman əvvəllər daxili işlər nazirliyində işlədiyini deyir. Ola bilsin ki, Saakashvili onu nəzərdə tuturmuş.

Ancaq ekspertlər bildirirlər ki. Gürcüstanda elə könüllü hərəkatıə yoxdur ki, Ukraynada vəziyyətə təsir edə bilsin. Bundan başqa hakimiyyət Tbilisinin Moskva ilə dialoqunu poza biləcək addımların qarşısını almaq üçün sərt tədbirlər görməyə hazırdır.

XS
SM
MD
LG