Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:45

-

Cəfər Cabbarlı adına «Azərbaycanfilm» Kinostudiyasında istehsal olunan «Əsgərin şücaəti» filminin çəkilişləri davam edir.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin kinostudiyaya istinadla yaydığı xəbərə görə, ilk səhnələri Belarusun Brest şəhərində lentə alınan filmin Azərbaycanda çəkilişlərinə start verilib.

Çəkilişlər Gəncədə aparılacaq.

«Əsgərin şücaəti» filmi İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 70 illiyinə həsr olunub.

Filmdə İkinci Dünya müharibəsi ilə Qarabağ müharibəsi arasında paralellərin aparılması da nəzərdə tutulub.

Filmin rejissoru Elxan Cəfərov, ssenari müəllifləri Yavər Rzayev və Yuri Vorobyov, quruluşçu operatoru Nadir Mehdiyevdir.

Baş rolları əməkdar artist Şamil Süleymanov, Pantomim Teatrının aktyoru Bəhruz Vaqifoğlu və digərləri ifa edir.

Ekran əsərində azərbaycanlı aktyorlarla yanaşı, Almaniya və Rusiyanın tanınmış aktyorları da rol alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG