Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:08

Məhkəmə Seymur Həzinin yenə həbsdə qalmasına qərar verdi


AXCP üzvü Seymur Həzi

AXCP üzvü Seymur Həzi

-

Sentyabrın 12-də Sumqayıt Apellyasiya Məhkəməsi Abşeron rayon Məhkəməsinin Seymur Həzi haqqında çıxardığı həbs qətimkan tədbiri qərarını qüvvədə saxlayıb. Bu haqda AzadlıqRadiosuna onun vəkili Elton Quliyev deyib.

Seymur Həzi AXCP üzvü, «Azərbaycan saatı» verilişinin aparıcısıdır.

Hüquq-mühafizə orqanlarının iddiasına görə, Seymur Həzi avqustun 29-da xuliqanlıq ittihamı ilə saxlanılıb və barəsində iki aylıq həbs-qətimkan tədbiri qərarı verilib.

O ilkin olaraq Məhərrəm Həsənovu döyməkdə ittiham edilirdi. Daha sonra istintaq Məhərrəm Həsənovun da ona zərbələr endirdiyini bildirib və həmin şəxsə də Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsi ilə ittiham edilərək barəsində həbs-qətimkan tədbiri seçilib.

AXCP Seymur Həzinin siyasi fəaliyyətinə görə təxribatla üzləşdiyini və həbs edildiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG