Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:01

İqtisadçı Qubad İbadoğlu sentyabrın 12-də Müsavat başqanlığına namizədliyini rəsmiləşdirib. O bu haqda mətbuat konfransında açıqlama verib, eləcə də seçki platformasın açıqlayıb. Seçki platforması “8 addımla 2018-ə” adlanır.

Müsavat başqanı partiyanın sentyabrın 27-də keçiriləcək qurultayında seçilməlidir.

Partiyada seçki prosesi avqustun 28-dən başlayıb.

Qubad İbadoğlu 1971-ci ildə Füzuli rayonunun Aşağı Güzlək kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini və onun aspiranturasını bitirib. İqtisad elmləri namizədidir. Azərbaycan Dövlət İqtisad Universitetinin dosentidir. 1996-cı ildən Müsavat Partiyasının üzvüdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG