Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:05

Avstriya xarici işlər naziri Azərbaycanda insan haqlarını müzakirə edib


Avstriyanın xarici işlər naziri Sebastian Kurz

Avstriyanın xarici işlər naziri Sebastian Kurz

-

Avstriyanın xarici işlər naziri Sebastian Kurz Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşlərdə Azərbaycanda insan haqlarının durumunu müzakirə edib. Bu barədə Sebastian Kurz AzadlıqRadiosunun müxbirinə məlumat verib. Onun sözlərinə görə, prezidentlə görüşdə o, Azərbaycanın insan haqları ilə bağlı təcrübəsinin yaxşılaşdırmasının vacibliyini vurğulayıb.

«Xarici işlər naziri ilə daha ətraflı müzakirəmiz oldu. Mən ona Azərbaycanda siyasi məhbusların siyahısını təqdim etdim. İnsan haqları ilə bağlı müzakirə çox gərgin keçdi», Kurz deyib.

Sebastian Kurzun Azərbaycana səfəri zamanı onu müşayiət etməli olan jurnalistlərdən biri Jutta Somerbauerə viza verilməməsi ilə bağlı qalmaqal olub. Azərbaycanın Avstriyadakı səfirliyi Somerbauerin Dağlıq Qarabağa səfər etdiyi səbəbini gətirərək vizadan imtina edib. Halbuki jurnalistin adı bundan əvvəl dərc olunan qara siyahıda olmayıb. Keçmiş Sovet məkanı üzrə ixtisaslaşmış jurnalist Jutta Somerbauer Dağlıq Qarabağ münaqişəsinin Avstriya jurnalistləri buna etiraz olaraq, 28 yaşlı xarici işlər nazirinin Azərbaycana səfərini ləğv etməsini istəyiblər. Avropa Parlamentinin üzvü Ulrike Lunaçek bununla bağlı xüsusi bəyanat verib.

Sebastian Kurz isə Bakıya gələrək, ölkədə insan haqları məsələlərini Azərbaycan rəsmiləri ilə müzakirə etməyi vacib hesab etdiyini deyib. Xarici işlər naziri Elmar Məmmədyarovla bu mövzuda ağır görüşmə gözlənildiyindən bir saat artıq çəkib. Görüşdən sonra keçirilən mətbuat konfransında yalnız hökumətyönümlü jurnalistlərin sual verməsinə imkan verilib və Azərbaycan mətbuatının nümayəndələri Avstriyalı naziri öz ölkəsində insan haqlarının pozulması və Avropanın ikili standartları ilə bağlı sual atəşinə tutublar.

Bundan sonra gecə yarısına yaxın, Avropanın ən gənc xarici işlər naziri Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri, hüquq müdafiəçiləri ilə görüş keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG