Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:10

Sentyabrın 12-də Tacikistanın paytaxtı Düşənbədə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iki günlük sammiti başa çatır. Üzv dövlətlər olan Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan liderlərinin bu gün görüşəcəyi gözlənir.

Onların görüşündən sonra müşahidəçi statusunda olan Əfqanıstan, Hindistan, İran, Monqolustan və Pakistan Şanxay Əməkdaşlıq Təşkilatına qəbul ediləcək.

Rusiya prezidentinin yardımçısı Yuri Ushakov deyib ki, müzakirələrin əsas mövzusu Əfqanıstandakı vəziyyət və terrora, narkotik maddələrin qeyri-qanuni satışı, beynəlxaql cinayət şəbəkəsi və digər təhlükələrə qarşı mübarizə olacaq.

Ushakov deyir ki, sammitin sonunda veriləcək “Düşənbə bəyənnaməsi”ndə ŞƏT liderləri Ukraynada sülhün bərpasına cağırış edəcəklər.

Sammitdə ikitərəfli görüşlər də olacaq. Rusiya prezidenti Vladimir Putinin İranlı həmkarı Hassan Rohani ilə görüşəcəyi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG