Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:42

Rusiya eston zabitinə 20 il həbs cəzası verə bilər


Estoniyanın daxili işlər nazirliyinin Rusiyada casusluq ittihamı ilə həbs olunan zabitini 20 ildək həbs cəzası göpzləyir. Bunu onun vəkili Polozov sentybarın 11-də bildirib.

Rusiya tərəfinin məlumatına görə, Eston Kohver sentyabarın 5-də həbs olunub.

Estoniya tərəfi isə bildirir ki, onu sərhəd yaxınlığında oğurlayıb, Rusiyaya aparıblar.

Rusiyanın Estoniyadakı səfiri Estoniyanın xarici işlər nazirliyinıə çağırılıb və ondan izahat istənilib.

ABŞ Dövlət Departamenti sentyabrın 9-da bəyanat verib ki, Kohver dərhal Estoniaya təhvil verilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG