Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:33

-

Sentyabrın 11-də Bakı Apellyasiya Məhkəməsi həbsdə olan AXCP fəalı Murad Ədilovun şikayətini təmin etməyib.

Bu haqda AzadlıqRadiosuna vəkil Yalçın İmanov məlumat verib.

Murad Ədilov işgəncə və qeyri-insani rəftara məruz qalması ilə bağlı Nərimanov rayon Məhkəməsinə şikayət etmişdi. Sentyabrın 3-də çıxarılan qərarla məhkəmə həmin şikayəti təmin etməmişdi. Müdafiə tərəfi ilkin instansiya məhkəməsinin qərarında apellyasiya şikayəti vermişdi.

Yalçın İmanov Apelyasiya Məhkəməsinin çıxardığı qərarı qanunsuz sayır və bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklərini bildirir.

Sabirabad rayonu Xəlfəli kənd sakini, AXCP üzvü Murad Ədilov avqustun 11-də saxlanılıb. Elə həmin gün evlərində axtarış aparılıb. O, narkotik maddə saxlamaqda ittiham edilir.

Avqustun 13-də Nərimanov rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs qərarı çıxarıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG