Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:37

Prezidentin mətbuatın problemlərinə müdaxiləsi tələb olundu


Prezident indiyədək söz azadlığı sahəsində islahatlarla bağlı müraciətlərə münasibət bildirməyib
Prezident indiyədək söz azadlığı sahəsində islahatlarla bağlı müraciətlərə münasibət bildirməyib

25-ə qədər jurnalist qurumu, hüquq müdafiəçisi və qeyri-hökumət təşkilatının rəhbəri sentyabrın 29-da prezident İlham Əliyevə müraciət edərək, onun mətbuatın problemlərinin həlli üçün prosesə təcili müdaxiləsini tələb ediblər.


Müraciət müəllifləri prezidenti «Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidovun, «Milli Yol» qəzetinin redaktoru Şahin Ağabəyli və «Millətin Səsi» qəzetinin əməkdaşı Samir Adıgözəllinin azadlığa buraxılmasına, zorakılığa məruz qalmış jurnalistlərin istintaqını isə nəzarəti altına almağa çağırıblar.


Onlar eyni zamanda, ölkə başçısından şərəf və ləyaqətin təhqirinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan maddənin Cinayət Məcəlləsindən çıxarılmasını xahiş ediblər.


Bundan öncə ATƏT-in kütləvi informasiya vasitələri üzrə nümayəndəsi Mikloş Haraşti və «Artikl 19» adlı beynəlxalq jurnalist təşkilatı da prezident İlham Əliyevə müraciət edərək, mətbuata qarşı təzyiqlərin qarşısını almağa, söz azadlığı sahəsində islahatlar aparmağa, eləcə də şərəf və ləyaqətin təhqirinə və böhtana görə Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrinin qanundan çıxarılmasına çağırmışdılar. Prezident indiyədək həmin müraciətlərə münasibət bildirməyib.


Ölkədə söz azadlığına hər hansı təhlükə barədə deyilənləri rəsmilər də qəbul etmirlər. Parlamentin İnsan Haqları Daimi Komissiyasının sədri Rəbiyyət Aslanovanın bu cür ittihamlara cavabı çox kəsədir: «Azərbaycanda söz azadlığı Avropanın ən yüksək ölkələrindən belə yüksəkdir. Daha nə istəyirlər?»


O ki qaldı, Cinayət Məcəlləsindən təhqir və böhtana görə cinayət məsuliyyəti nəzərdə tutan maddənin çıxarılmasına, xanım Aslanova əlavə edir ki, hər kəsin şərəf və ləyaqətini qorumaq hüququ olduğundan həmin maddənin qanundan çıxarılması düzgün olmazdı. Sadəcə, jurnalist məmurun və ya başqasının şərəf və ləyaqətini təhqir etməkdən çəkinməlidir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG