Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 08:58

-

Sentyabrın 15-də UNESCO-nun mənzil-qərargahında ilk sivilizasiya məkanlarından olan Qobustanla bağlı tədbir keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, tədbir Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək.

Tədbirdə bəstəkar Fərəc Qarayevin ibtidai icma dövründə yaşamış insanların həyatından bəhs edən “ Qobustan “ baleti göstəriləcək.

Balet “Od”, “Günəş”, “Ov” və “Rəssam” adlı dörd hissədən ibarətdir.
Həmin gün “Qobustan” Milli Tarixi-Bədii Qoruğuna həsr edilən sərginin rəsmi açılışı da olacaq.

Sentyabrın 19-dək davam edəcək sərgidə qayaüstü təsvirləri, mağaraları əks etdirən fotolarla yanaşı, digər əyani vasitələr də nümayiş etdiriləcək.

“Qobustan” qoruğu 2007-ci ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG