Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:14

“Happy” mahnısına rəqs edən 6 iranlı gəncin məhkəməsidir. İranda voleybol yarışlarına getmək də qadınlara qadağandaır. 11 sentybar terrorunun ildönümündə məlum olur ki, amerikalılar ən böyük problemi terror təhlükəsində görmürlər.

Azov batalyonu Ukraynanın özünə təhlükə ola bilər.

Dünya mediası bu gün nədən yazır?

6 İRANLI GƏNCİN MƏHKƏMƏSİ

Times qəzeti yazır ki, Pharrel Williamsın “Happy” mahnısına rəqs edib, videonu internetə qoyan və bundan sonra tutulan 6 iranlının məhkəməsi başlayır.

Qəzet yazır ki, bu 6 gənc islam qaydaları ilə geyinməməkdə, rəqs etməkdə, “vulqar You Tube kanalına” video qoymaqda və nikahdan kənar seksdə ittiham olunurlar.

Ancaq ən ağır ittiham onların “xarici televiziya şəbəkələri ilə kontaktlarda” olmalarıdır.

İran bu məhkəməyə münasibətdə ikiyə bölünüb.

Hətta prezident Rouhani Twitterdə yazıb ki, “xoşbəxt olmaq bizim xalqın haqqıdır”.

Bu 6 gəncin videosunun direktoru Sassan Soleimani də Rouhaninin seçki kampaniysında işləyib.

ABŞ müğşnnisi Pharrel Williams da 6 iranlı gəncin müdafiəsinə qalxıb. O Facebookda yazıb ki, “bu uşaqların sevinci yaymağa görə həbs olunması təəssüfdən də o tərəfədir”.

QADIN VOLEYBOL STADİONUNA GƏLƏ BİLMƏZ

Amnesty international təşkilatı 25 yaşlı britaniyalı-iranlı Ghoncheh Ghavamini azad etməyə çağırır.

Ghavami İranda voleybol yarışlarına qadınların getməsinin qadağan edilməsinə etiraz edəndə tutulub.

İranda 1979-cu ildə islam inqilabından sonra qadınların futbol stadionlarına getməsi qadağan olundu.

2012-ci ildə İranın idman və gənclər nazirliyi bu qadağaya voleybol yarışlarını da əlavə etdi.

İran rəsmiləri bildirirlər ki, stadionlarda qadınlarla kişilərin birlikdə olması ictimai maraq baxımından düzgün deyil və bu qadağa qadınların öz marağındadır.

Bu qadağa 2014-cü ilin iyununda aktuallaşdı. İyunun 13-də Voleybol üzrə Dünya Liqası yarışlarında İran Braziliya ilə Tehranda qarşılaşanda iranlı qadınları Azadi stadionuna buraxmadılar, Braziliya qadınları isə sərbəst keçdilər. İyunun 20-də İran İtaliya ilə qarşılaşanda Ghvami də daxil, onlarla qadın Azadi stadionu qarşısında etiraz aksiyasına çıxdı. Onlar qadınların voleybol yarışlarına buraxılmaması qadağasına etiraz edirdi. Hadisənin şahidi olan jurnalistlərin dediyinə görə, qadın etyirazçıları polis döyərək dağıtdı, bir neçə qadın həbs olundu.

AMERİKASLIRARIN GÖZÜNDƏ ƏN BÖYÜK PROBLEM

Stratfor Araşdırma Mərkəzi 2001-ci il 11 sentyabr terrorunun ildönümündə yazır ki, hazırda amerikalıların cəmi 4 faizi terroru ölkəyə ən böyük təhlükə hesab edir.

Stratfor xatırladır ki, 2001-ci ilin 11 sentyabrına qədər rəy sorğularında ən böyük təhlükə kimi terrorun adını çəkənlər cəmi 0,5 faiz idi.

Hazırda Amerikada rəy sorğusunda ən böyük problem nədir? - sualına cavablar belə bölünür:

Hökumətin fəaliyyəti qənaətbəxş deyil – 18 faiz.

Ümumi iqtisadi vəziyyət – 17 faiz.

İmmiqrasiya – 12 faiz.

İşsizlik – 12 faiz.

Xarici siyasət – 6 faiz.

Kasıblığı ən böyük problem hesab edənlər 3 faizdir. Təhsili ən böyük problem kimi görənlər də elə 3 faizdir.

Müharibələr – 3 faiz.

Ədliyyə sistemi, məhkəmələr – 3 faiz.

İraqdakı vəziyyət – 3 faiz.

52 FAİZ UKRAYNANI AVROPA BİRLYİNDƏ GÖRMƏK İSTƏYİR

Avropalıların çoxu Ukraynanın Avropa Birliyinə qoşulmasını istəyir.

Euobserver.com yazır ki, Almaniyanın Marshal Fondunun müxtəlif Avropa ölkələrində keçirdiyi sorğuya görə, avropalıların 52 faizi Ukraynanı Avropa Birliyində görmək istəyir.

Polşada bu göstərici ən yüksəkdir – 69 faiz.

Sonrakı yerlərdə İspaniya – 62 faiz, İtaliya – 58 faiz gəlir.

Ukraynaın Avropa Birliyinə qəbul edilməsinin ən çox istəməyən Almaniyadadır – 63 faiz. Sonrakı yerdə Fransa gəlir – 53 faiz.

Ukraynaın NATO-ya qoşulmasını istəyənlər Avropa Birliyi ölkələrində 47 faizdir. 71 faiz isə Ukraynaya hərbi yardım göstərilməsinin əleyhinədir.

AZOV BATALYONU: ƏN BÖYÜK GÜC VƏ ƏN BÖYÜK TƏHLÜKƏ

Guardian qəzeti yazır ki, Ukraynaın ən böyük silahı Azov batalyonudur. Ancaq ən böyük təhlükə də elə Azov batalyonudur.

Qəzetin müxbiri Ukraynada bu batalyonda olub. Shaun Walker yazır ki, bu batalyon ifrat sağçılardan təşkil olunub, şərqdəki münaqişə başa çatandan sonra onlar davanı Kiyevə gətirə bilər.

Müxbirin söhbət etdiyi Dmitri adlı döyüşçü deyir ki, şəxsən onun Rusiya millətçilərinə qarşı və ya böyük Rusiya ideyasına qarşı iradı yoxdur. Onun iradı Putinədir: “Putin heç rus da deyil. O, yəhudidir”.

Dmitri Ukraynanın şərqindəndir. O, nasist olmadığını deyir, ancaq hərbi lider kimi Adolf Hitlerdən ağızdolusu danışır.

Müxbir yazır ki, Rusiya təbliğatı Ukrayna ordusunda faşist elementlərdən danışsa da belə elementlər Ukrayna ordusunda azlıqdadır.

Belə elementlərin səciyyəvi cəhəti odur ki. onların əksəriyyəti rus dilində danışır. Onların çoxunun ana dili rus dilidir.

Onlar anti-Rusiya əhvallı deyillər. Dmitri deyir ki, onun rusiyalı komandirlərə münasibəti yaxşıdır. Xüsusilə İgor Srtrelkova. FSB zabiti olan Strelkov Donetskin hərbi əməlyyatlarına başçılıq edirdi. Dmitri deyir ki. “Strelkov böyük Rusiyanı bərpa etmək istəyir. Ancaq o, Putinin şahmat oyununda adi piyadadır”

Müxbir Azov batalyonunda ən azı bir adamda svastika işarəsi görüb. Bunun səbəbini soruşanda ona izah ediblər ki, “svastikanın faşistlərə heç bir dəxli yoxdur, bu, qədim simvoldur və günəşin rəmzidir”.

Dmitri orduya başçılıq edən generlalar haqda çox aşağı fikirdədir: Ukrayna ordusu “qoyunların başçılıq etdiyi şirlərdir”.

Müxbir yazır ki, Azov batalyonunda onun söhbət etdiyi bir çox döyüşçülərin fikirləri Avropa ideallarından çox uzaqdır.

Onlar davanı Kiyevə gətirmək istədikıərini isə gizlətmirlər. Dmitri deyir ki, bir neçə aya Poroshenko gedəcək, onun yerinə həqiqi diktator gələcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG