Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:07

Almaniya və Polşa Rusiyanın qaz təchizatını azaltdığını deyir


Arxiv foto

Arxiv foto

Almaniya da deyir ki, Rusiyadan təbii qaz təchizatında azalma qeydə alıb. Bu arada Rusiya və Avropa Birliyi arasında Ukrayna böhranına görə gərginlik artıb.

Almaniyanın E.ON enerji şirkəti bildirib ki, təbii qaz təchizatında kiçik azalmalar qeydə alınıb. Öncə Polşa bəyan edib ki, Rusiya bu həftə təbii qaz təchizatını 25 faiz azaldıb.

Gazprom hər hansı azalma olmadığını deyir.

Ukrayna Rusiyanı ittiham edir ki, Avropaya qaz təchizatının azaldılmasında məqsəd Avropa ölkələrindən Ukraynaya «əks axını» pozmaqdır.

Kiyev qaza görə «əks axından» asılıdır, çünki Gazprom Ukrayna istehlakçıları üçün nəzərdə tutulmuş qazı kəsib.

Rusiya parlamentinin aşağı palatasının üzvü Vladimir Gutenyov sentyabrın 11-də Gazpromu çağırıb ki, Avropa ölkələrinə qaz təchizatının azaldılması və ya kəsilməsi qərarına yenidən baxsın.

Günün bütün mövzuları

XS
SM
MD
LG