Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:19

Putin kilsədə «Novorossia» tərəfdarları üçün şam yandırıb


Vladimir Putin

Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin deyir ki, Ukraynada hökumət qüvvələri ilə döyüşdə ölən və yaralananlar üçün kilsədə şam yandırıb.

Sentyabrın 10-da Moskvada bir kilsənin önündə danışan Putin siyasi «Novorossia» terminini işlədib. Bu termin Ukraynanın cənub-şərq regionlarına aid işlədilir. Putin deyib ki, «Novorossida adamların həyatını qorumaq üçün yaralanan və həyatını qurban verənlər» üçün şam yandırıb.

Kiyev və NATO Rusiyanın Ukraynanın şərqinə minlərlə əsgər göndərdiyini deyir, ancaq Rusiya bunu yalanlayır.

Novorossia çar dövründən qalan addır, Ukraynanın şərqi və cənubunda böyük əraziyə aid işlədilir.

Putinin bu termini işlətməsi Kremlin həmin ərazilərlə bağlı sxeminin olmasına dair narahatlıq yaradıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG