Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:29

İranda azərbaycanlı musiqiçi tutulub


İranda azərbaycanlı musiqiçi, Qərbi Azərbaycan vilayətinin Salmas şəhərindəki Musiqi Assosiasiyasının rəhbəri Abbas Nikrəvan tutulub.

“Media forum” saytının məlumatına görə, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Abbas Nikrəvanı sentyabrın 10-da Şərqi Azərbaycan vilayətinin Nadarlı kəndində keçirilən bir toy şənliyindən aparıblar.

Abbas Nikrəvanın və onun başçılıq etdiyi qrupun bütün musiqi alətləri götürülüb.

ETTELAAT əməkdaşları Abbas Nikrəvanı tutarkən deyiblər ki, onun Nadarlı kəndindəki toylarda iştirak etmək haqqı yoxdur.

Azərbaycanlı fəalın hazırda Sofiyan yaşayış məntəqəsinin polis qərargahında saxlandığı bildirilir.

Abbas Nikrəvan Azərbaycan milli musiqisinin təbliğatçısı kimi tanınır.

Bu il aprelin 5-də ETTELAAT əməkdaşları polislərlə birlikdə Nadarlı kəndində keçirilən toy mərasiminə hücum çəkmiş, toy şənliyini dağıtmış və buna etiraz bildirən Abbas Nikrəvanı döyüb, təhqir etmişdi. Bir gün polisdə saxlanan Abbas Nikrəvana toylarda musiqi qruplarına bir daha rəhbərlik etməyəcəyi haqda xəbərdarlıq olunmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG