Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:08

27-ci Moskva Beynəlxalq kitab sərgi-yarmarkası başa çatıb


27-ci Moskva Beynəlxalq kitab sərgi-yarmarkası
27-ci Moskva Beynəlxalq kitab sərgi-yarmarkası

-

Rusiyanın ən böyük kitab forumu hesab olunan 27-ci Moskva Beynəlxalq kitab sərgi-yarmarkası başa çatıb.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərə görə,yarmarkanın Azərbaycan stendində Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondu və ölkə nəşriyyatları tərəfindən dövlətçiliyə, tarixə, mədəniyyət və incəsənətə dair müxtəlif dillərdə (Azərbaycan, rus, ingilis) nəşr edilən nəfis tərtibatlı çap məhsulları --300 adda 500 nüsxədən çox kitab və reklam nəşrləri nümayiş etdirilib.

Xəbəri yayan qaynağın fikrincə, milli nəşrlər ziyarətçilərdə böyük maraq doğurub.

Maraqlananlara ölkənin mədəniyyəti, tarixi, turizm potensialı, eləcə də “Bakı-2015” 1 Avropa Oyunları haqqında ətraflı məlumat verilib.

Sərgi çərçivəsində MDB ölkələrinin XI Beynəlxalq “Kitab sənəti” müsabiqəsininqaliblərinin mükafatlandırma mərasimi keçirilib.

27-ci Moskva Beynəlxalq kitab sərgi-yarmarkası
27-ci Moskva Beynəlxalq kitab sərgi-yarmarkası

Müsabiqənin doqquz nominasiyasından üçündə Azərbaycan kitabları birinci (Nigar Rəfibəyli “Məhəbbətim bölünmədi”, Rəna Əfəndizadə “Rəhim Seyfullayev– memar”, Tahir Salahov “Qrafika” və “Rəngkarlıq” ikicildliyi), ikinci (A.N.Karlyukeviç “Dələ inşa yazır”, Neymət Kelimbetov “Ümidimi itirməkistəmədim”) və üçüncü yerə (A.Quliyev, Q.Cəbiyev, F.Xəlilli “Muradxan xəzinəsi”) layiq görülüb.

Xalq yazıçısı Elçinin həyat və yaradıcılıq yolunu əks etdirən “Nədir ömrün mənası” kitabı “Qran-Pri” nominasiyasında, xalq rəssamı Səlhab Məmmədovun “Albom”u isə “Mənim ölkəm” nominasiyasında xüsusi mükafatlara layiq görülüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG