Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:21

Gürcüstanın baş naziri prezident İlham Əliyevlə görüşüb


Irakli Garibashvili

Irakli Garibashvili

-

Gürcüstanın baş naziri Irakli Garibashvili sentyabrın 11-də Azərbaycana rəsmi səfərə gəlib.

AzərTac-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan baş naziri ilə təkbətək görüşüb. Görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Gürcüstanın Baş nazirinin bu səfərinin ölkələr arasında əlaqələrin daha da genişlənəcəyinə töhfə verəcəyi qeyd edilib.

İkigünlük səfər çərçivəsində iki ölkənin hökumət nümayəndə heyətləri arasında görüşlər təşkil edilməsi planlaşdırılıb.

Gürcüstan nümayəndə heyəti Azərbaycanı sentyabrın 12-də tərk edəcək.

Gürcüstan nümayəndə heyətinə XİN rəhbəri Maia Panjikidze, Baş nazirin müavini, energetika naziri Kakha Kaladze, maliyyə naziri Nodar Khaduri, kənd təsərrüfatı naziri Otar Danelia, Baş nazirin müşaviriSavalan Mirzəyev, parlamentarilər Zurab Tkemaladze və Mahir Darziyev daxildirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG