Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:28

Anneksiyaya qarşı olan bloqqer Krımı tərk edib


Rusiyanın Krımı anneksiyasını kəskin tənqid edən krımlı bloqqer təhlükəsizlik məqsədilə regionu tərk edib. Yelizaveta Bohutskaya, Liza Bohutski adıyla AzadlıqRadiosu üçün də yazırdı. O, Ukrayna Araşdırmaçı Jurnalistika Mərkəzinə deyib ki, Krımı «müvəqqəti» tərk edib.

Bohutskaya-nın evində sentyabrın 8-də axtarış aparılıb və o, polisdə 6 saat saxlanıb. Onun sözlərinə görə, təhlükəsizlik əsgərlərinin müşayiətilə polis onun həyətinə atəş açıb, itlərindən birini yaralayıb. Polisdə olanda isə ona xəbərdarlıq olunub ki, bloqları və onlayn məqalələri Rusiya əleyhinədir və ekstremist hesab oluna bilər.

Bloqqer deyib ki, əri və uşaqları Krımda qalır və ümid edir hakimiyyət onları rahat buraxacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG