Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:44

Rusiya deyir təyyarə qəzasına görə Kiyev məsuliyyət daşıyır


Malayziya sərnişin təyyarəsi

Malayziya sərnişin təyyarəsi

-

Rusiyanın müdafiə naziri bildirir ki, iyulda Ukraynanın şərqində Malayziya sərnişin təyyarəsinin qəzaya uğramasına görə Kiyev məsuliyyət daşıyır.

Sergei Shoigu deyib ki, «qəza Ukraynanın hava məkanında baş verib və Ukrayna baş verənlərə görə tam məsuliyyət daşıyır».

Kiyev və Qərb rusiyayönlü separatçıları Ukraynanın şərqində təyyarəni səhvən vurmada ittiham edir. Malayziya Hava Yollarına məxsus təyyarə iyulun 17-də Rusiyanın verdiyi raketlə vurulub. Təyyarədəki 298 nəfər həlak olub.

Shoigu deyib ki, Ukrayna daxili problemlərini hərbi gücdən istifadə etmədən həll etsəydi, faciədən qaçmaq olardı. O, sentyabrın 10-da Malayziya müdafiə naziri Hishammudin Tun Husein ilə görüşdə danışıb. Malayziyalı nazir qəzanın beynəlxalq təhqiqatı məqsədli Moskvaya danışıqlar üçün gəlib.

Sentyabrın 9-da açıqlanmış ilkin hesabatda deyilir ki, təyyarə «yüksək enerjili obyektlərlə» vurulub və hissələrə bölünüb.

XS
SM
MD
LG