Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:22

Şanxay Əməkdaşlıq Təşkilatının sammiti açılır


Arxiv foto
Arxiv foto

-

Sentyabrın 11-də Tacikistanın paytaxtı Düşənbədə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iki günlük sammiti açılır. Üzv dövlətlər olan Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentləri sammitə qatılacaq.

İran və Monqolustan liderləri də Düşənbədədir və sammit çərçivəsində ŞƏT liderləri ilə görüşlər keçirəcək. İran və Monqolustan, eləcə də Pakistan, Hindistan və Əfqanıstan qurumda müşahidəçi statusundadır.

Builki sammit regional təhlükəsizlik məsələlərinə daha çox diqqət ayıracaq. İlin sonunda Əfqanıstandan xarici qüvvələrin çıxarılması planlaşdırılır.

Rusiya prezidentinin köməkçisi Yuri Ushakov sammitdən öncə deyib ki, Rusiya bu ilin sonunda ŞƏT- in himayəsi altında Əfqanıstana dair konfrans keçirməyi təklif edəcək.

XS
SM
MD
LG