Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:53

Şamaxıda avtobus ağaca çırpılıb, 2 nəfər ölüb, 13 nəfər xəsarət alıb


Arxiv foto

Arxiv foto

-

Şamaxı rayonunda 2 nəfərin ölümü, 13 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın xəbərinə görə, hadisə sentyabrın 11-də gecə saatlarında Şamaxı rayonunun Mirikənd kəndi ərazisində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, sərnişin avtobusu yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə Şamaxının Mədrəsə kənd sakinləri aldıqları ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Avtobusda olan sərnişinlərdən bəziləri müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hazırda yaralılardan bir neçəsinin vəziyyəti ağır olduğu üçün Bakı şəhərindən Şamaxıya həkimlər gəlib.

Məlumata görə, ölən və yaralıların hamısı Şamaxının Mədrəsə kəndinin sakinləridir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. İlkin məlumata görə, sərnişin avtobusunun qarşısına minik maşını çıxaraq qəza vəziyyəti yaradıb və avtobusun sürücüsü toqquşmadan qaçaraq idarəetməni itirib və maşını ağaca çırpıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG