Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:22

-

ABŞ Nümayəndələr Palatasının spikeri John Boehner (Respublikaçı -Ohayo) Ukrayna Prezidenti Petro Poroshenko-nu sentyabrın 18-də Konqresin birgə sessiyasında çıxışa dəvət edib.

Bu çıxış ABŞ Konqresinin xarici dövlət liderinə verdiyi ən yüksək şərəf sayılır. Boehner bəyanatında deyib ki, «Prezident Poroshenko-nun Konqresdə çıxışı onun xalqının niyyətlərinə bizim möhkəm sədaqətimizin daha bir əlamətidir».

Senatın xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez (Demokrat-New Jersey) və aparıcı üzvü Bob Corker (Respublikaçı-Tennessee) Boehner-ə məktub göndərərək ondan Poroshenko-nu dəvət etməsini istəyib.

Ukrayna prezidenti həmin gün Ağ Evə də baş çəkəcək.

Ukraynanın keçmiş prezidenti Viktor Yushchenko 2005-ci ildə Konqresin birgə sessiyasında çıxış edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG