Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:22

-

Diplomatlar bildirir ki, Avropa Birliyi səfirləri sentyabrın 10-da Rusiyaya yeni sanksiyaların tətbiqinə dair razılığa gələ bilməyiblər. Rusiyaya Ukraynadakı böhrana görə yeni sanksiyalar sentyabrın 5-də NATO-nun Uels sammiti çərçivəsində razılaşdırılıb.

Diplomatların məlumatına görə, Almaniya sanksiyaların yerinə yetirilməsinə çağırsa da, digər AB ölkələri Ukraynada atəşkəs davam etdiyinə görə yubanma istəyiblər.

Yeni danışıqlar sentyabrın 11-də başlanacaq. Mənbələr bildirir ki, Rusiya ilə yaxın münasibətləri olan İtaliya, Avstriya və Finlandiya yeni sanksiyaların yerinə yetirilməsinə könülsüz yanaşır.

Ancaq AB diplomatlarının özlərinə görə, ümumi ideya budur ki, sanksiyalar cümə günü qurumun rəsmi jurnalında dərc olunaraq həyata keçirilsin.

Günün bütün mövzuları

XS
SM
MD
LG