-
Pakistan ordusu bildirir ki, Əfqanıstanla sərhəddə Taliban sığınacağına hava zərbələrində 65 şübhəli yaraqlı öldürülüb. Hava zərbələri sentyabrın 10-da Şimali Vəziristan ərazisinə endirilib.
İyunun ortasından aparılan əməliyyatda 900-dən çox yaraqlı öldürülüb. Ancaq ordunun bu məlumatını müstəqil təsdiqlətmək mümkün olmayıb.
Bir milyona yaxın adam hücumlardan qaçıb və məcburi köçkünlər üçün düşərgələrə sığınıb.
Bu zərbələrdən bir gün öncə Pakistan Talibanı Karaçidə donanma obyektinə hücuma görə məsuliyyəti üzərinə götürüb. Həmin hücumda bir dənizçi və hücum edənlərdən ikisi öldürülüb.