Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:41

Kerry deyir ki, beynəlxalq koalisiya İD yaraqlılarını məğlub edəcək


John Kerry

John Kerry

-

ABŞ Dövlət katibi John Kerry deyir ki, beynəlxalq ictimaiyyət İslam Dövləti qruplaşmasının böyüməsini sakitcə müşahidə etməyəcək. Kerry İraqı yaraqlı qrupa qarşı mübarizədə əsas tərəfdaş adlandırıb.

Sentyabrın 10-da Bağdadda mətbuat konfransında danışan Kerry deyib ki, beynəlxalq ictimaiyyət «bu kritik dönəmdə İraqın yeni hökumətini dəstəkləməkdə maraqlıdır». Kerry-nin sözlərinə görə, «qlobal strategiyanın mərkəzində duran koalisiya» «gələn günlər ərzində böyüməkdə və dərinləşməkdə davam edəcək».

Ancaq Kerry əlavə edib ki, Vaşinqtonun İranla «hərbi və ya başqa cür» əməkdaşlıq etmək niyyəti yoxdur.

Kerry İraqın yeni baş naziri Haider al-Abadi ilə görüşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG