Polşa bildirib ki, Qazprom göndərdiyi qazı 24 faiz azaldıb.
Polşanın qaz şirkəti PGNiG bu azalmanı sentyabrın 8-də bilib. Ancaq bu iki gündə azalmanın səbəblərini araşdırırmış.
İndi isə şirkət bildirir ki, Qazprom qaz həcmini azaldıb. Səbəb - Ukrayna böhranıdır.
Qazprom bu bəyanata reaksiya verməyib.
Ukraynanın qaz monopoliyası Ukrtransqaz deyib ki, Rusiya Polşaya qaz göndərilməsini azaldıb ki, qaz buradan Ukraynaya verilə bilməsin.
Şirkətin rəsmisi Prokopiv sentyabrın 10-da deyib ki, Polşa artıq Ukraynaya qaz gəndərməyi kəsib.