Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:14

Avropa Komissiyasının yeni komissarları təyin olunub


Avropa Komissiyasının növbəti sədri olacaq Jean Claude Juncker Fransa və Britaniya siyasətçilərini Avropa Birliyinin iki əsas vəzifələrinə təyin edib.

Fransanın keçmiş maliyyə naziri, sosailist Pierre Moscovici Birliyin iqtisadi və maliyyə siyasətinə başçılıq edəcək.

Britaniyanın Lordlar palatsının keçmiş sədri britaniyalı Jonathon Hill Avropa Birliyinin maliyyə sabitliyi və maliyyə xidmətləri məsələsinə baxacaq.

Avstriyalı Johannes Hahn Birliyin Yaxın Qonşuluq və Genişlənmə danışıqları komissarı olacaq.

Bu vəzifənin adı da dəyişdirilib. “Genişlənmə” sözündən sonra vəzifənin əvvəlki adına “danışıqlar” sözü əlavə olunub.

56 yaşlı Hahn regional siyasət üzrə komissar idi.

Almaniyadan olan Oetinger rəqəmsal iqtisadiyyat işlərinə baxacaq. Buna Birliyin telecom bazarı da daxildir.

Danimarkadan Margrethe Vestager nəqliyayat/rəqabət üzrə komissar, Sloveniyanın keşçmiş baş naziri Alenka Bratusek enerji birliyi üzrə komissar təyin olunub.

Ümumiyyətlə, mühüm vəzifələrdən 9-unu qadınlar tutacaq.

Hollandiyalı Timmerman Junckerin birinci müavini təyin olunub.

Avropa Komissiyası Avropa Birliyinin ən nüfuzlu orqanıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG