Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:25

Ulduz olmamışdan öncə… De Niro, Travolta, Kim Basinger - Video


-

1969-cu ildə Robert De Niro hələ kinodakı məşhur rollarının heç birini almamışdı. Nə “Xaç atası”nda, nə “Taksi sürücüsü”ndə, nə “Qızmış öküz”də… Gənc aktyor həm də reklamlara çəkilməklə pul qazanırdı. Aşağıdakı videoda o, “American Motors Corporation” şirkətinin buraxdığı “Ambassador” maşınını reklam edir.

Ən məşhur erotik filmlərdən olan “9 həftə yarım”da baş rolda çəkilmiş Kim Basinger isə 1972-ci ildə - 19 yaşında model olaraq şampun reklam edirdi. Aktrisa kimi isə 80-ci illərdə məşhurlaşacaqdı.

Videoda siz “yağış adam” Dustin Hoffman-ı da görəsəksiniz - “Volkswagon”in reklamında (1966).

Eləcə də John Travoltanı Amerika ordusunun reklamında...

Bundan başqa Farrah Fawcett, Lindsay Wagner, Cybill Shepherd-i.

Günün bütün mövzuları

XS
SM
MD
LG