Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:33

«Məhəmmədhüseyn Şəhriyar və Qafqaz ədəbiyyatı» simpoziumu başlayır


«Məhəmmədhüseyn Şəhriyar və Qafqaz ədəbiyyatı» simpoziumu

«Məhəmmədhüseyn Şəhriyar və Qafqaz ədəbiyyatı» simpoziumu

-

Əvvəlcədən anonsu verilən ustad şair Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 108-ci ildönümü şərəfinə keçiriləcək “Məhəmmədhüseyn Şəhriyar və Qafqaz ədəbiyyatı” beynəlxalq elmi simpoziumu ilə bağlı yeni ayrıntılar açıqlanıb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, beynəlxalq
simpozium sentyabrın 15-dən 17-dək İran İslam Respublikasının Təbriz
Universitetində keçiriləcək.

Tədbirdə “Şəhriyar şeirində milli dəyərlər”, “Heydər Babaya salam” poemasının
fəzilətləri” mövzularında elmi məruzələr dinləniləcək.

Simpoziumda Şəhriyarla yanaşı görkəmli Azərbaycan şairləri Səməd VurğunBəxtiyar Vahabzadənin də yaradıcılığına toxunulacaq, əsərlərinin poetikliyi və emosional təsiri haqqında elmi söhbətlər aparılacaq.

Elmi məclisdə İran alimləri ilə yanaşı, Türkiyə, Azərbaycan, Qırğızıstan və Şimali Kiprdən dəvət olunmuş ədəbiyyatşünaslar, yazıçı və şairlər də iştirak edəcəklər.

Seyid Məhəmmədhüseyn Behcət Təbrizi (Məhəmmədhüseyn Şəhriyar) 1906-cı ildə Təbrizdə doğulub.

Şəhriyar təxəllüsü ilə fars dilində və Azərbaycan türkcəsində ölməz şeirlər yazıb.

«Azadlıqdır mənə məlhəm, sənə dərman Azərbaycan!»--məşhur misraları da onun qələmindən çıxıb.

Ustad Şəhriyar 1988-ci il sentyabrın 18-də Təbrizdə dünyadan köçüb.

Onun xatirə günü doğulduğu ölkədə müxtəlif tədbirlərlə anılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG