Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:54

Naxçıvanda kanalizasiya 77-ci kilometrə çatdı


Foto: Arxiv
Foto: Arxiv

-

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbu orqanı olan «Şərq qapısı» qəzetindən seçmələr.

«Şərq qapısı» - 10.09. 2014

…Naxçıvan şəhərində «Su təchizatı və kanalizasiya investisiya Proqramı – Layihə 2» layihəsi çərçivəsində 10.2 kilometr şəhərdaxili kanalizasiya şəbəkəsi, 4.1 kilometr şəhərdaxili su şəbəkəsi çəkilib və 1211 ədəd ev birləşməsi aparılaraq sayğac quraşdırılıb. Çirkab sutəmizləyici qurğunun tikintisi həyata keçirilir.

…Babək rayonunda da yeni quruculuq tədbiri sürətlə davam etdirilir. Buradakı su anbarından Babək qəsəbəsinə qədər aparıcı boru xəttindən 2.06 kilometr xətt, müxtəlif diametrli borularla daxili kanalizasiya şəbəkəsinin 14.76 kilometr və daxili su şəbəkəsinin 16.61 kilometr xətti çəkilib və 1212 ədəd ev birləşməsi aparılaraq sayğac quraşdırılıb.

Şahbuz rayonunda isə bu günədək müxtəlif diametrli borularla daxili kanalizasiya şəbəkəsinin 1,05 kilometr və daxili su şəbəkəsinin 11.78 kilometr xətti çəkilib, 354 ədəd ev birləşməsi aparılaraq sayğac quraşdırılıb.

Culfa rayonunda da ahəngdar iş rejimi təmin edilib. Müxtəlif diametrli borularla daxili kanalizasiya şəbəkəsinin 2.14 kilometr və daxili su şəbəkəsinin 4.9 kilometr xətti çəkilib.

Su inşaatçıları Ordubad rayonunda layihənin vaxtında başa çatdırılması üçün öhdələrinə düşən vəzifələri yerinə yetirməyə çalışırlar. Bu səbəbdəndir ki, rayonda müxtəlif diametrli borularla daxili kanalizasiya şəbəkəsinin 15.39 kilometr və daxili su şəbəkəsinin 18.72 kilometr xətti çəkilib, 498 ədəd ev birləşməsi aparılaraq sayğac quraşdırılıb.

Kəngərli rayonunda da bu iş mütəşəkkilliklə aparılır. Bu günədək müxtəlif diametrli borularla 4.79 kilometr daxili su şəbəkəsinin, 0.86 kilometr kanalizasiya şəbəkəsinin tikintisi başa çatıb.

Sədərək rayonunda su anbarından Heydərabad qəsəbəsinə qədər aparıcı boru xəttindən 1.79 kilometr xətt çəkilib, müxtəlif diametrli borularla 45.01 kilometr daxili su şəbəkəsinin, 31.43 kilometr kanalizasiya şəbəkəsinin tikintisi başa çatdırılıb.

Bütün rayonların su hovuzlarında işlər davam etdirilir.

Yazının əsli: «Su təchizatı və kanalizasiya investisiya Proqramı» çərçivəsində işlər sürətlə davam etdirilir

XS
SM
MD
LG