Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:43

-

"Dünya Ədəbiyyatı Kitabxanası" seriyasından daha 2 kitab çap olundu.

Bakı Kitab Klubunun verdiyi xəbərə görə, bunlar fransız yazıçısı Françoise Sagan-ın "Seçilmiş əsərləri" və Fransa ədəbiyyatının klassiki François Rabelais-nin "Qarqantua və Pantaqruel" romanıdır.

F.Saqan 1935-ci il iyun ayının 21-də Fransanın Kajar şəhərində anadan olub.

Saqanın “Salam, kədər” (1954) adlı ilk povesti ona şöhrət qazandırıb.

Povest dünyanın 30 dilinə tərcümə olunub və sonra ekranlaşdırılıb.

“Siz Bramsı sevirsinizmi?” (1959), “Soyuq suda bir az günəş” (1969), “İtirilmiş profil” (1974), “Müharibədən bezən” (1985) əsərləri məhəbbətdən, tənhalıqdan, natamam həyat tərzindən bəhs edir.

Fransuaza Saqan 2004-cü ildə vəfat edib.

Bu kitaba onun "Boyunduruq"; "Dolanbac yollarla"; "Müəmmalı təbəssüm" romanları və "Sehirli buludlar"; "Məğlubiyyət zəngi" povestləri daxildir.

Fransua Rable isə dünya mədəniyyəti tarixinə ilk növbədə “Qarqantua və Pantaqruel” romanının müəllifi kimi daxil olub.

Əsərdə Rable 5 məsələni tənqid edir və oxucunu da 5 məsələ düşündürür. 1) təlim-tərbiyə; 2) müharibə; 3) utopik cəmiyyətin təsviri; 4) dinin tənqidi; 5) adil hökmdar surəti.

Rable öz romanı ilə insanları güldürə-güldürə, əyləndirərək tərbiyə edir...

Günün bütün mövzuları

XS
SM
MD
LG