Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:27

Müsavatın qurultayla bağlı müraciətinə cavab verilib


Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının növbəti qurultaya yer ayırması ilə bağlı müraciətinə cavab verib. Bu haqda AzadlıqRadiosuna partiyanın başqan müavini Gülağa Aslanlı məlumat verib. Onun sözlərinə görə, icra hakimiyyəti bu dəfə də onlara Səttar Bəhlulzadə adına mədəniyyət evini təklif edib:

«Biz müraciətimizdə 800-1000 nəfərlik yer istəmişdik. Nümunə kimi də Opera və Balet teatrını göstərmişdik. Bizə təklif olunan yer cəmi 560 nəfərlikdir. Qurultayın təşkilat komitəsində müzakirə edib, son qərarı verəcəyik».

Müsavat Partiyası özünün 8-ci qurultayını keçirmək üçün bundan öncə də bir neçə dəfə BŞİH-nə müraciət etmişdi. İcra hakimiyyətinin təklif etdiyi yerlər partiyanı qane etmədiyi üçün qurultay bir neçə dəfə təxirə salınıb.

Partiya qurultayı sentyabrın 27-nə təyin edib.

XS
SM
MD
LG