Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:19

Poroshenko: Ukraynanın şərqinə xüsusi status veriləcək


Ukrayna Prezidenti Petro Poroshenko

Ukrayna Prezidenti Petro Poroshenko

-

Ukrayna Prezidenti Petro Poroshenko deyir ki, Ukraynanın şərqində bəzi hissələrə xüsusi statusun verilməsinə dair gələn həftə qanun layihəsi təqdim edəcək, ancaq ölkə vahid olaraq qalacaq.

Poroshenko sentyabrın 10-da televiziya ilə yayımlanan hökumət iclasında deyib ki, ötən həftə rusiyayönlü separatçılarla imzalanmış saziş sərhədləri daxilində vahid Ukrayna konsepsiyasını saxlayır.

Onun sözlərinə görə, hökumət qüvvələri ilə rusiyayönlü separatçılar arasında atəşkəsi saxlamaq çətin olub, «terrorçular daim qarşı tərəfi təxribata çəkməyə çalışıblar».

Poroshenko deyir ki, hökumət qüvvələri Ukraynanın şərqində müdafiəni gücləndirmək üçün yerdəyişmələr edir, ancaq bu, yeni hücum üçün deyil.

O, hərbi əməliyyatlar zonasına bitişik ərazilərdə «xüsusi rejimin» tətbiqini də istisna etməyib.

PUTİN POROSHENKOYA DEYİR Kİ, RUSİYA SÜLH PROSESİNƏ SADİQDİR

Rusiya prezidenti Vladimir Putin sentyabrın 9-da ukraynalı həmkarı Petro Poroshenko-ya deyib ki, Moskva Ukrayna sülh prosesinə «köməyi davam etdirməyə» sadiq qalır. Kreml iki lider arasındakı telefon söhbəti barədə bəyanat yayıb. Bəyanata görə, söhbətdə «Ukraynanın cənub-şərqində davamlı atəşkəs rejiminin saxlanmasının vacibliyi vurğulanıb».

Sentyabrın 5-də qüvvəyə minmiş atəşkəsə ümumilikdə əməl olunur, ancaq hər iki tərəfdən pozuntular barədə xəbərlər gəlir.

Rusiya xarici işlər naziri Sergei Lavrov öncə bildirib ki, Şərqi Ukraynanın statusu barədə danışıqların tezliklə başlanacağına ümid edir. Rusiyayönlü separatçılar Donetsk və Luqansk regionlarına müstəqillik istəyir, həmin ərazilərdə «xalq respublikaları» yaradıb.

Ukrayna hökuməti rusdilli regiona, müstəqilliyi çıxmaqla, muxtariyyət vəd edir.

XS
SM
MD
LG