Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:49

Rusiya hökuməti Ukraynanın şərqində vəziyyəti müzakirə etmək üçün Amnesty İnternational (Aİ) hüquq-müdafiə təşkilatının təmsilçiləri ilə görüşdən imtina edib.

Aİ bildirir ki, onlarda Rusiyanın silahlı münaqişədə birbaşa iştirakına dair sübut var. Aİ həmçinin Ukraynanın şərqində Rusiya hərbi texnikasının mövcudluğuna dair peyk fotoları dərc edib.

Moskva heç bir izahat vermədən hüquq müdafiəçilərinin məsləhətləşmə aparmaq təklifini rədd edib. Öncə də Kreml Rusiyanın Ukraynanın şərqində hərbi əməliyyatlara hər hansı bağlılığını danır.

Aİ rəhbəri Salil Shatti - Rusiya hakimiyyətinin imtinasını «itirilmiş imkan» adlandırıb.

Sentyabrın 7-də Amnesty International bildirib ki, Ukrayna hərbçiləri və separatçı qüvvələrin ölkənin şərqində hərbi cinayətlərə görə məsuliyyət daşımasına dair «sübutlar getdikcə artır». «Bombalama, oğurlama, işgəncə və qətl» hadisələrini sənədləşdirən qurum bildirib ki, döyüşün bütün tərəflərin «dinc sakinlərin həyatına laqeyd» yanaşıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG