Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:14

Rusiyanın bəzi ərazilərində intihar göstəriciləri narahatlıq yaradır. Bunu sentyabrın 9-da Moskva psixiatrları bildirib. Son 20 ildə Rusiyada bir milyon adam intihar nəticəsində dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin rəsmisi Zurab Kekelidze deyib ki, yaşı 18-dən az olanlar arasında 100 min gəncdən 16-sı intihar edir. Dünyada bu göstərici 100 minə 6-7 nəfərdir.

Araşdırma üzə çıxarıb ki, Şimali Qafqaz və Cənubi və Mərkəzi Federal Bölgələrdə yaşayanlar arasında intihar göstəriciləri ən aşağıdır. Sibirdə 100 min nəfərə 30, Altay, Tuva, Buryatiya, Çaxotka və Nenets regionlarında 100 minə 60 nəfər intihar edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG