Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:45

Rusiya ballistik raketi sınaqdan çıxarıb


Rusiya qitələrarası ballistik raketi uğurla sınaqdan çıxardığını deyir. Bu raket problemlər dolu nüvə arsenalının əsas elementi olacaq.

Müdafiə Nazirliyinin sözçüsü Igor Konashenkov agentliklərə deyib ki, Vladimir Monomakh sualtı qayığı Bulava raketini Ağ Dənizdə sınaqdan çıxarıb və raket Kamçatkada sınaq ərazisinə düşüb.

Bu, Vladimir Monomakh tərəfindən həyata keçirilən ilk Bulava sınağıdır.

Öncə aparılan 20-dək Bulava sınağı uğursuz olub. Sonuncu ötən sentyabrda aparılıb.

Prezident Vladimir Putin vurğulayıb ki, Rusiya nüvə arsenalının təkmilləşdirilməsini davam etdirəcək.

Rusiya ABŞ-ın nüvə silahlarını məhdudlaşdırmaq çağırışlarına soyuq reaksiya göstərib.

Günün bütün mövzuları

XS
SM
MD
LG