Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:19

Gürcüstanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlir


Irakli Garibashvili

Irakli Garibashvili

-

Gürcüstanın Baş naziri Irakli Garibashvili sentyabrın 11-də Azərbaycana rəsmi səfər edəcək.

Trend Gürcüstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında rəsmi qarşılanma mərasimindən sonra Garibashvili ölkə rəhbərli ilə görüşlər keçirəcək.

İkigünlük səfər çərçivəsində iki ölkənin hökumət nümayəndə heyətləri arasında görüşlər təşkil edilməsi planlaşdırılıb.

Gürcüstan nümayəndə heyəti Azərbaycanı sentyabrın 12-də tərk edəcək.

Gürcüstan nümayəndə heyətinə XİN rəhbəri Maia Panjikidze, Baş nazirin müavini, energetika naziri Kakha Kaladze, maliyyə naziri Nodar Khaduri, kənd təsərrüfatı naziri Otar Danelia, Baş nazirin müşaviri Savalan Mirzəyev, parlamentarilər Zurab TkemaladzeMahir Darziyev daxildirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG