Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:17

-

Avropa Şurası Parlament Assambleyasının sentyabrın 29-dan oktyabrın 3-dək keçiriləcək payız sessiyasının gündəliyi açıqlanıb. Sessiyanın ilk günündə AŞPA sədrinin yay sessiyasından ötən dövrdəki fəaliyyəti barədə hesabatı dinləniləcək, Büronun və daimi komitənin hesabatları müzakirə olunacaq, Türkiyədə keçirilən prezident seçkisinin nəticələri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Sentyabrın 30-da neofaşizm və ksenofobiya hallarının aşkar edilməsi və onlara qarşı mübarizə, ərəb inqilablarından sonra qurulan demokratiyada qadınların vəziyyəti diqqət mərkəzində olacaq.

Sonrakı günlərdə ötən ilin oktyabrından 2014-cü ilin oktyabrına qədər olan müddətdə monitorinqin prosedur dəyəri, Gürcüstanda demokratik təsisatların fəaliyyəti, Avropa Yenidənqurma və İnkişaf Bankının 2013-2014-cü illərdə fəaliyyəti, Albaniyanın Avropa Şurasına daxil olarkən götürdüyü öhdəlikləri yerinə yetirməsi, Avropada döş xərçənginin müalicəsinin optimizm variantı məsələləri müzakirə olunacaq.

Sessiyanın gedişi ərzində avropalı deputatlar Ukrayna böhranı ətrafında müzakirələr aparacaq və insan haqları üzrə Vatslav Havel mükafatının təqdimatı keçiriləcək.

Xəbəri AzərTAc yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG