Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:21

Bir ildən çoxdur ABŞ səfiri olacağını gözləyən diplomatlar var


ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti

-

Dövlət Departamenti ötən cümə – sentyabrın 5-də səfir postlarına namizədlərin adlarını və onların təsdiqlənmək üçün gözlədikləri günləri dərc edib.

«Senatın yığılıb qalmış səfir nominasiyalarını təsdiqləməməsindən təngə gələrək, Dövlət Departamentinin mətbuat xidməti yuxarı palataya qarşı yığılmış qəzəbini göstərmiş oldu», bunu ABŞ-ın Foreign Policy məcmuəsi yazır.

Departamentin yaydığı siyahıya görə, 65 nominasiya Senatda baxılmasını gözləyir, onlardan 39-u komitədə təsdiqlənib. 26 nəfər isə senatın Xarici Əlaqələr Komitəsində ilişib qalıb.

ROBERT CEKUTA 2 AYDAN ÇOXDUR GÖZLƏYİR

​Bir ildən çox gözləyənlər içində ABŞ-ın Sierra Leonaya səfir namizədi John Hoover-in adı var. Foreign Policy yazır ki, bu ölkədə Ebola virusu yayılıb və Senat səfiri təsdiqləsəydi, ölkəyə yaxşı xidmət göstərmiş olardı.

Azərbaycanda səfir postuna namizəd Robert Cekuta isə bu il iyulun 9-da irəli sürülüb. O, artıq 60 gündən çoxdur təsdiqlənməsini gözləyir.

Səfir postlarına namizədlərin adları ilə ətraflı burada tanış ola bilərsiniz.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG