Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:06

Obama deyir ki, İD kampaniyasına səlahiyyəti çatır


Barack Obama
Barack Obama

-

ABŞ prezidenti Barack Obama sentyabrın 9-da Konqres liderlərinə deyib ki, İslam Dövləti (İD) yaraqlılarına qarşı gərəkən tədbirləri görməyə səlahiyyəti çatır və bunu gözlənən çıxışında detallı açıqlayacaq. Obama liderlərə bildirib ki, İD təhlükəsinə qarşı ABŞ-ın birliyini ortaya qoyacaq hərəkətləri alqışlayacaq. Ağ Evin yaydığı bəyanatda belə deyilir.

Senat çoxluğunun lideri Mitch McConnell (Respublikaçı-Kentucky) görüşdən öncə jurnalistlərə deyib ki, Obama səlahiyyət istəməlidir. «Prezident nə etməyə qərar verməzdən öncə konqresin dəstəyini almalıdır, çünki biz ölkəni təmsil edirik», o, sözlərinə əlavə edib.

Konqresin digər 3 lideri hələlik məsələyə dair mövqe bildirməyiblər. Hər iki partiyadan senatorlar məsələ üzrə səsvermə təklif ediblər.

Obama sentyabrın 10-da İD-lə mübarizə strategiyasını açıqlayacaq.

XS
SM
MD
LG