Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:38

Məhkəmə Həsən Hüseynlinin 6 illik cəzasını «ədalətli» saydı


Gəncə 31 mart 2014. Həsən Hüseynli jurnalistlər qarşısında çıxış edərək ona qarşı təxribat baş verdiyini deyir

Gəncə 31 mart 2014. Həsən Hüseynli jurnalistlər qarşısında çıxış edərək ona qarşı təxribat baş verdiyini deyir

-
Sentyabrın 9-da Gəncə Apellyasiya Məhkəməsi “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynliyə çıxarılmış 6 illik həbs hökmünü qüvvədə saxlayıb.

Apellyasiya şikayətində Həsən Hüseynlinin təqsirsiz olduğu, heç bir cinayət törətmədiyi bildirilir və ona bəraət verilməsi istənilirdi.

Vəkil Əlayif Həsənov “Media forum” saytına bildirib ki, hakim Bədəl Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm dəyişməz saxlanıb: “Hakimlər hesab edir ki, təyin edilmiş cəza düzgün cəzadır".

Vəkil Gəncə Appelyasiya məhkəməsinin bu qərarından Ali Məhkəməyə şikayət yönəldəcəklirini deyir.

Həsən Hüseynli bu ilin martın 31-də Gəncədə saxlanılıb. Onu həmyerlisi Arzu Qəhrəmanovu bıçaqla yaralamaqda ittiham ediblər. QHT rəhbəri ittihamları rədd edir, deyir ki, tanımadığı bir adam ona hücum edib. Bunun təxribat olduğunu bildirən H.Hüseynli ictimai-siyasi fəaliyyətinə görə təqib olunduğuna əmindir.

İyulun 14-də Gəncə məhkəməsi onu xuliqanlıq və soyuq silah gəzdirmə ittihamı ilə 6 il azadlıqdan məhkum edəndən sonra, Həsən Hüseynli zalda həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG