Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:31

-

Sentyabrın 9-da Xətai rayon Məhkəməsində Milli Şura mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyevin 17 yaşlı oğlu Əli Gülalıyevin işi üzrə hazırlıq iclası başa çatıb.

Bu haqda AzadlıqRadiosuna Oqtay Gülalıyevin özü məlumat verib.

Əli Gülalıyev xuliqanlıqda ittiham olunur. O, 2013-cü ilin sentyabrında təhsil aldığı 165 saylı məktəbdə davada iştirakda ittiham olunur.

Oqtay Gülalıyev deyir ki, nə işdə zərərçəkən kimi adı keçən şagird Bayram Sultanov, nə də onun nümayəndəsi budəfəki iclasda da iştirak etməyib:

«Bu iş saxta, qurama işdir. Mənim siyasi fəaliyyətimlə bağlı təzyiq vasitəsidir. Hazırlaşırıq, növbəti prosesdə bəzi vəsatətlər təqdim edəcəyik».

Növbəti məhkəmə prosesi sentyabrın 23-ə təyin olunub.

Ötən il sentyabrın 24-də Oqtay Gülalıyevin 17 yaşlı oğlu Əli Gülalıyevi 3-4 nəfər döyüb. Sonra isə o, bıçaqlanıb. Oqtay Gülalıyev oğlunun bıçaqlanması ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etmişdi.

Oqtay Gülalıyev oğluna qarşı qaldırılan iddianı özünün siyasi fəaliyyəti ilə əlaqələndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG