Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:07

-

“Maşını aptekin qarşısında saxlayıb düşdüm ki, dərman alım. Mənə kobud şəkildə qışqırdı ki, maşınını bir az o tərəfdə saxla. Dedim, aptekə girib tezcə çıxıram. Üstümə cumub sinəmdən təpiklə elə vurdu ki, yerə sərildim”.

Qazaxda yaşayış qeydiyyatında olan, ancaq Bakıda yaşayan Seminarist Şərifov doğma rayona qədəm qoymasına peşman olub. AzadlıqRadiosunun “Qaynar xətt”inə danışmasına görə, bu peşmançılığı ona yerli polis əməkdaşı yaşadıb. Deməsinə görə, hadisə sentyabrın 8-də səhər saat 10 radələdində Qazax şəhərinin Heydər Əliyev prospektində baş verib.

Şikayətçi:

“Məni küçə söyüşü ilə təhqir etdi. Bir də tələb etdi ki, maşını çək o tərəfə. Bu dəfə də onu anlatmağa çalışanda üstümə cumdu, həmin ərazi bazarın qarşısıdır. Kənarda bir neçə polis işçisi dayanmışdı. Gördülər, adamın gözü qızıb, araya girdilər ki, onu uzaqlaşdırsınlar. Bir az kənarlaşmışdı ki, yenə üstümə cumdu, sinəmdən necə təpik ilişdirdisə, yerə sərildim. Mənim 65 yaşım var, canım da salamat deyil. Onun bir təpiyi ilə huşumu itirdim. Bir də ayıldım ki, həkimlərin arasındayam, mənə tibbi yardım göstərilir”.

Hadisənin şahidi olduğunu deyən Ülkər Şərifova:

“Mən maşında oturmuşdum. Gördüm, bir polis geyimli adam Seminaristin üstünə cumdu. Bazarın qarşısındakı polislər qaçıb gəldilər, onları araladılar. Polis ikinci dəfə cumdu, Seminaristi təpiklə vurdu, Seminarist yıxıldı. Tez həkim çağırdıq. DİN 102 xidmətinə də zəng vurub hadisə barədə məlumat verdik. Təcili tibbi yardım stansiyasına apardıq. Orda ilk tibbi yardım göstərildi. Özünə gələndən sonra getdik Diaqnostika Mərkəzinə. Orada xəsarət aldığı yeri rentgen etdilər. Həmin vaxt bir həkim otağa girib “Seminarist Şərifov kimdir” deyə soruşdu. Əvvəl həkimlər deyirdilər ki, sinəsində əziklər var. Ancaq o həkim içəri girəndən və həkimlərə göstəriş verəndən sonra dedilər ki, səndə heç bir ciddi xəsarət yoxdur. Çox yəqin ki, artıq polisdən zəng vurub tapşırıq vermişdilər”.

Qazax polis şöbəsindən hadisə barədə məlumatsız olduqlarını bildiriblər. Rayon prokurorluğundan isə deyiblər ki, Seminarist Şərifovun şikayət ərizəsi sentyabrın 8-də günün ikinci yarısı dəftərxanaya qəbul edilib. Ərizə araşdırılacaq.

Seminarist Şərifovun sözlərinə görə, hadisə baş verən kimi DİN 102 xidmətinə məlumat verməklərinə baxmayaraq, rayon polisi hələ də onu dəvət edib izahatını almayıb.

Hüquqşünas Namizəd Səfərov məsləhət görür ki, Seminarist Şərifov Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğun polisə nəzarət idarəsinə müraciət etsin.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG