Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:56

-

“Sağımızı, solumuzu söküblər, qalmışıq ortada”.

AzadlıqRadiosunun “Qaynar xətt”inə “Sovetski” sakini Svetlana Abdullayeva şikayət edib. Deməsinə görə, yaşadığı ərazinin - Akademik Qarayev küçəsinin sakinləri mənzillərinə görə təklif olunan məbləğlə razılaşaraq köçüb gedirblər. Svetlana xanıma çatranda isə, necə deyərlər, daş qayaya rast gəlib.

“Mən təklif etdikləri məbləğlə razılaşmıram. Evimi tərk etməyəcəm. Qoy məni evqarışıq ekskavatorla sürüsünlər.

"CİYƏRLƏRİM TOZLA DOLUB"

Svetlana Abdullayeva 1 otaqlı mənzildə yaşayır. Sahəsi də vur-tut 18 kvadratmetr...

Şikayətçi:

“Hamam, tualet, mətbəx... Hamısını o otağın içərisində düzəltmişik o vaxt. İcra hakimiyyəti mənə 27 min manat təklif edir. Mən bu pulla eyni ərazidə 1 otaqlı mənzil ala bilmərəm. Kənara isə getmək istəmirəm. Evimi harda sökürlərsə, əvəzinə həmin ərazidə də başqası ilə təmin etsinlər. Ya da barter kimi bir az kənarda daha geniş ev versinlər”.

78 yaşlı xanım sutkanın 24 saatı ciyərlərinə toz çəkdiyini deyir:

“Bütün toz-torpaq ciyərlərimdədir. Bilərəksən elə şərait yaradırlar ki, evimi qoyub qaçım. Mənimsə qaçmağa yerim yoxdur. Ya məni başqa yerdə mənzillə təmin etsinlər, ya da elə öz evimdəcə öləcəm. Bu yaşdan sonra təklif etdikləri 27 min manatı pulqabımda gəzdirib ev axtaran deyiləm”.

İCRA HAKİMİYYƏTİ NƏ DEYİR...

Svetlana Abdullayevanın oğlu da həmin ərazidə yaşayır. Evinin sahəsi 19 kvadratmetr, təklif olunan kompensasiya isə 28 min manatdır. O da məbləğlə razılaşmır.

Yasamal rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, şəhərdə yol-nəqliyyat infrastruktur təminatının yaxşılaşdırılması ilə əlaqədar “Sovetski”dəki evlər sökülür. Mənzillərin hər kvadratmetrinə görə 1500 manat ödənilir. Mənzillə təmin olunma halları nəzərdə tutulmayıb.

Qurumdan bildiriblər ki, satınalma könüllü qaydada həyata keçirildiyindən Svetlana Abdullayeva şərtlərlə razı deyilsə, razılaşma protokoluna imza etməyə bilər. “İmza etmədiyi halda mənzili sökülməyəcəkmi” sualını isə qurumdan cavabsız buraxıblar.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG