Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:36

Štefan Füle: «Anlayıram ki, Azərbaycan dövlətinin iddia və maraqlarını nəzərə almalıyıq»


Štefan Füle və altı ölkənin xarici işlər naziri görüşdü
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

Štefan Füle və altı ölkənin xarici işlər naziri görüşdü

-

«Hər dəfə buraya gələndə burada baş verən dəyişikliklər məni heyran qoyur. Mən gözəl Bakı şəhərindən həzz alıram. Anlayıram ki, Azərbaycan dövlətinin iddia və maraqlarını nəzərə almalıyıq» – Avropa Birliyinin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Štefan Füle jurnalistlərə açıqlamasında belə deyib.

Sentyabrın 9-da Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin Bakıda 4-cü qeyri-rəsmi görüş keçirilib. Görüşdən sonra nazirlər jurnalistlərə açıqlama verib. Avropa Birliyinin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Štefan Füle Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirdiyini bildirib:

«Mən qeyd etmişəm ki, «Şərq Tərəfdaşlığı»nda önəmli məqamlardan biri hər bir ölkənin suveren qərar vermək hüququdur. Azərbaycan burada çox önəmli rol oynayır. Bu suverenlik yalnız hansısa prinsip və ya siyasətə deyil, eyni zamanda real şərtlərə, real vəziyyətə əsaslanmalıdır. Onlardan biri də enerji təhlükəsizliyi məsələsidir. Bu, sadəcə, söz deyil, suverenlik və müstəqilliyə təminatın əsas şərtlərdən biridir. Hər hansı ölkə bu sahədə inhisarçı ölkənin girovuna çevrilməməlidir və Azərbaycan bu baxımdan çox önəmli tərəfdaşdır. Gələcəkdə daha da önəmli rol oynayacaq».

Štefan Füle Azərbaycanda vətəndaş cəmiyyətinin önəminə də toxunub:

«Bir çox ikitərəfli görüşlər keçirdim. Vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdüm. Bu görüşlərdə belə bir inamımı ifadə etdim ki, hökumət və vətəndaş cəmiyyəti nümayəndələri bu cəmiyyətin fəaliyyəti ilə bağlı çağırışlara bir yerdə baxacaqlar. Ona görə ki, son illər Azərbaycanda vətəndaş cəmiyyəti daralır. Mən Avropa Şurasının baş katibi və Azərbaycan prezidenti ilə müzakirələr aparmışam».

Bakıda «Şərq tərəfdaşlığı» ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü
Bakıda «Şərq tərəfdaşlığı» ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü

«ÜMİD EDİRƏM Kİ...»

Füle Bakıda keçirdiyi mətbuat konfransında Azərbaycanın Avropanın ən nüfuzlu təşkilatlarından olan Avropa Şurasına sədrliyini də xatırladıb və ümidvar olduğunu bildirib ki, Azərbaycan sədrliklə yanaşı, öz ölkəsində həmin dəyər və prinsipləri daha dərindən bərqərar edəcək:

«Azərbaycan çox önəmli vəziyyətdədir, ən prestijli təşkilatlardan birinə – Avropa Şurasına sədrlik edir. Bu təşkilatın əsas rolu Avropa dəyərlərinin prinsiplərini bərqərar edib, qorumaqdır. Mən burada Azərbaycanın çox önəmli töhfəsini gözləyirəm və bunu çox yüksək qiymətləndirirəm. Ümid edirəm ki, Azərbaycan sədrliklə yanaşı, bu dəyər və prinsipləri öz ölkəsində daha geniş bərqərar edə bilər».

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov öz növbəsində komissarın Azərbaycanda vətəndaş cəmiyyətinin durumu və QHT-lərlə bağlı fikirlərinə münasibət bildirib. Nazir deyib ki, Azərbaycan QHT-lərlə bağlı şəffaflığa nail olmaq istəyir:

«Biz QHT-lərdən daha çox şəffaflıq görmək istəyirik. Onlar Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməli, fəaliyyətinin hədəflərini qeyd etməlidir. Azərbaycan demokratik və açıq cəmiyyət yaradır. Ona görə də biz Avropa dövlətləri ilə eyni standartları tətbiq edirik. İnsan haqlarına gəlincə, qanunun aliliyinin pozulması mümkün deyil. Bəzi beynəlxalq QHT-lər, təşkilatlar Azərbaycanı bu sahədə tənqid edirlər. Amma Azərbaycan bu ölkələr sırasında sonuncu deyil».

XS
SM
MD
LG