Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:20

Dünyanın nəhəng sosial şəbəkəsi olan “Facebook”un bazar dəyəri 200 milyard ABŞ dollarını aşıb.

“Media forum” saytının məlumatına görə, NASDAQ birjasında “ Facebook”un bir səhminin dəyəri 77,89 dollara çatıb. Nəticədə şirkətin bazar dəyəri 200 milyard dolları keçib.

Dünyada “ Facebook”un 1 milyard 32 milyon istifadəçisi var.

“ Facebook”u 2004-cü ildə Mark Zuckerberg yaradıb.

2014-cü ilin ikinci rübündə bu sosial şəbəkənin xalis mənfəəti 2013-cü illə müqayisədə 138 faizi artaraq 791 milyon dollara, ümumi gəliri 61 faizi artaraq 2 milyard 910 milyon dollara çatıb.

Gəlirin 92 faizi reklamdan daxil olur. Ötən illə müqayisədə reklamdan gələn gəlir 67 faiz artaraq 2 milyard 680 milyon dollar təşkil edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG